Podolyak: "Zelenski İstanbulda yalnız Putinlə görüşəcək"

Podolyak: "Zelenski İstanbulda yalnız Putinlə görüşəcək"

"Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda danışıqlara yalnız Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüş olacağı təqdirdə razıdır".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Mixail Podolyak "The Breakfast Show" efirində bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi daha aşağı səviyyədə hər hansı görüşü mənasız hesab edir.

Podolyakın sözlərinə görə, Kiyev üçün müharibə ilə bağlı əsas məsələləri birbaşa Rusiya dövlətinin başçısı ilə müzakirə etmək vacibdir.

Hələlik Kreml Putinin mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan görüşdə iştirakını təsdiqləməyib.

“Cebheinfo.az”