Bərdədə 8 yaşlı uşağı maşın vurdu

Bərdədə 8 yaşlı uşağı maşın vurub.
“Cebheinfo.az” Apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində, Sabir küçəsində qeydə alınıb. Nihad Əkbərovun idarə etdiyi "Honda" markalı minik maşını 2017-ci il təvəllüdlü R.Cəlilzadəni vurub.
Xəsarət alan azyaşlı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
“Cebheinfo.az”