Yaponiyadan Rusiyaya çağırış

Yaponiya hökuməti Rusiya ilə dialoq qurmağa və məlumat mübadiləsi aparmağa hazır olduğunu bildirib.
Məqsəd isə Cənubi Kuril adalarının taleyinə dair razılığa gəlib nəhayət ki, sülh müqaviləsi imzalamaqdır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Siqeru İsiba "NHK" telekanalına bildirib.
O, Kuril adalarının cənub hissəsindən olan keçmiş yapon sakinlərindən məktub aldığını və onların Rusiya ilə danışıqların davam etdirilməsini, həmçinin ata-baba məzarlarının ziyarətinin bərpasını istədiklərini deyib.
"Biz dörd adanın məsələsini həll edib, sülh müqaviləsi bağlamağa çalışmaq istəyirik. Bunun üçün Rusiya ilə informasiya mübadiləsini davam etdirmək və əlaqələri qorumaq vacibdir", - deyə İsiba bildirib.
"O ki qaldı Şimal ərazilərindəki məzar ziyarətlərinə, biz bu məsələni humanitar yanaşma çərçivəsində həll etməyə çalışacağıq", - deyə o əlavə edib və Rusiyanı keçmiş yapon sakinlərin məzarları ziyarət etməsinə yenidən icazə verməyə çağırıb.
Səbinə Uğur
"Cebheinfo.az"