Kanalizasiya dolub, çirkli su həyətlərə axır - VİDEO

Kanalizasiya dolub, çirkli su həyətlərə axır - VİDEO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir neçə gündür kanalizasiya borusu dolub.

Bu şikayətlə redaksiyamıza sakinlər müraciət ediblər.

Məlumata görə, sözügedən ərazidə kanalizasiya “lyuk”unun qapağı yoxdur. Boru dolduğu üçün çirkab suları sakinlərin həyətinə və asfalta axır.

Pis qoxu ətrafı bürüyüb, yolları çirkab suyu basıb, sakinlər üçün gediş-gəliş çətinləşib.

Şikayətçilər qeyd edir ki, 955 Çağırı Mərkəzinə müraciət etsələr də, problem həllini tapmır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib.

Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib və şəbəkənin fəaliyyəti bərpa olunub:

“Diqqətə çatdıraq ki, adətən kanalizasiya tutulmalarına səbəb sakinlərin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.

"Cebheinfo.az"