Biləsuvarda 16 min abonentin qazı kəsiləcək

Biləsuvarda 16 min abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Modern.az-ın məlumatına görə, Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb.

Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

"Cebheinfo.az"