Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar.
"Cebheinfo.az" ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku" turnirində iş başında olacaqlar.
Qeyd edək ki, turnir mayın 17-nə qədər davam edəcək.
"Cebheinfo.az"