Mikayıl Cabbarov Yurgen Rigterinklə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində keçirilən tədbirdə bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterink ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Görüş əsnasında ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün təşəkkür etdik, bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzuladıq. Azərbaycan AYİB-lə əlaqələrin inkişafına böyük önəm verir. Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir".
"Cebheinfo.az"