Qubada iki nəfəri "tok" vurdu: Biri öldü

Qubada iki nəfəri "tok" vurdu: Biri öldü

Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Cebheinfo.az"