COVID-19 peyvəndi ilə bağlı sirr açılır: Rəsmilərin elə mesajları yayılacaq ki...

Xəbər verildiyi kimi, “The New York Times” qəzetinin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və “Pfizer” şirkətinin baş direktoru Albert Bourla arasında milyardlarla avro dəyərində COVID-19 peyvəndinin alınması ilə bağlı mətn mesajlarına giriş tələb edib.
Ancaq Avropa Komissiyası bu tələbi rədd edib. İş Avropa Məhkəməsinə qədər gedib çıxıb və məhkəmə Avropa Komissiyasının imtina qərarını rədd edib. “The New York Times” yazıb ki, 1 yanvar 2021-ci il və 11 may 2022-ci il tarixləri arasında göndərilən mesajlar pandemiyanın qızğın çağında bir milyard avro dəyərində peyvənd sövdələşmələrinə işıq sala bilər.
Avropa Komissiyası xanım fon der Leyenin mesajları saxlamadığını bildirərək onları açıqlamaq tələbini rədd edib. Bu, qəzetin fon der Leyenə məhkəmədə qarşı iddia qaldırmasına səbəb olub.2021-ci ilin aprelində qəzetə verdiyi müsahibədə direktoru Albert Bourla Avropa İttifaqına 1,9 milyard doza “Pfizer-BioNTech” COVID peyvəndi vermək üçün gərgin danışıqlar zamanı fon der Leyen ilə necə etibarlı münasibət qurduğundan bəhs edib.
O, müqavilənin son mərhələsində “WhatsApp”-da bir-birlərinə mesaj yazdıqlarını deyib. Lakin qəzet bu mesajları əldə etməyə cəhd edəndə, Avropa Komissiyası gah onların mövcudluğunu qəbul etməkdən, ya da məzmununu dərc etməkdən yayınıb.
Qəzet Avropa Komissiyasının sədrini Aİ-nin şəffaflıq qaydalarını pozmaqda ittiham edərək, Avropa Ədalət Məhkəməsində iddia qaldırıb. Komissiya Avropa peyvəndi tədarükü müqavilələrinin üzv dövlətlərin dəstəyi ilə müzakirə edildiyini, yeddi ölkədən olan bir qrupun peyvəndin çox ehtiyac duyulan dozalarını təmin etmək üçün Komissiya rəsmiləri ilə gecə-gündüz işlədiyini bildirib. Avropa Ədalət Məhkəməsi açıqlamasında bildirib ki, Aİ-nin şəffaflıq qanunu ictimaiyyətin Aİ təsisatlarında saxlanılan sənədlərə çıxış hüququnu tanıyır. Məhkəmə müəyyən edib ki, əgər Aİ qurumu müəyyən sənədlərin mövcud olmadığını bildirirsə, belə bir bəyanat üçün “həqiqət prezumpsiyası” var.
Məhkəmə, həmçinin qərara alıb ki, “The New York Times” və onun ovaxtkı Brüssel bürosunun rəhbəri Matina Stevies-Gridneff Bourla və AK rəhbəri fon der Leyen arasında mətn mesajlarının mövcudluğunu göstərən "müvafiq və ardıcıl" sübutlar təqdim edib.
“Belə bir vəziyyətdə komissiya tələb olunan sənədlərə malik olmadığını sadəcə bəyan edə bilməz, ictimaiyyətə və məhkəməyə bu sənədlərin niyə tapılmadığını başa düşməyə imkan verən etibarlı izahatlar verməlidir”, - deyə məlumatda bildirilir.
Məhkəmə Komissiyadan sözügedən sənədlərin tapılması üçün hansı axtarışların aparıldığını və ya bu axtarışların harada aparıldığını müəyyən etmək üçün təfərrüatlı izahat tələb edib. Amma AK “tələb olunan sənədlərin olmamasını əsaslandırmaq üçün ağlabatan izahat” verə bilməyib.
Məhkəmə, həmçinin qərara alıb ki, Komissiya sözügedən mətn mesajlarının silinib-silinmədiyini və əgər silinibsə, silinmənin qəsdən və ya avtomatik həyata keçirilib-keçirilmədiyini və ya bu arada prezidentin mobil telefonunun dəyişdirilib-deyişilmədiyini kifayət qədər aydınlaşdırmayıb. Avropa Komissiyası, həmçinin COVID-19 peyvəndinin satın alınması kontekstində olan mətn mesajlarında vacib məlumatların olub-olmaması barədə "ağlabatan izahat" verə bilməyib. Bu isə sözügedən mesalarda qaranlıq məqamların olmasından xəbər verir.
Xəzər
“Cebheinfo.az”