Alen Simonyan Qazaxıstanda Azərbaycanla sülh sazişindən danışdı

Qazaxıstanda rəsmi səfərdə olan Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Qazaxıstan Parlamenti Məclisinin sədri Erlan Koşanovla görüşüb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsinə toxunulub.
Alen Simonyan regional hadisələrə və Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının zəruriliyinə toxunaraq, İrəvanın təqdim etdiyi “Sülh kəsişməsi” layihəsini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Alen Simonyan həmkarının diqqətini Azərbaycanda məhkəməsi gedən erməni separatçıların məsələsinə cəlb edib.
O, Yerlan Koşanovu Ermənistana rəsmi səfərə dəvət edib.
"Cebheinfo.az"