Sabiq prezidentin oğlu parlamentində dava saldı - VİDEO

Sabiq prezidentin oğlu parlamentində dava saldı -  VİDEO

Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

"Cebheinfo.az" xəbər verir ki, parlament sədrinin müavini Akop Arşakyan müxalifətdən olan deputat Levon Köçəryanın çıxışına etiraz edib.

Buna səbəb “Hayastan” müxalifət blokundan olan deputat L.Köçəryanın Baş nazir Nikol Paşinyan haqqında sərt çıxışı olub. 

"Levon Köçəryan, öz yerini bil, həddini bil! tur və sənə deyilənlərə qulaq as!”, - Arşakyan onun üstünə qışqırıb.

Daha sonra o, Köçəryanı iclas zalından qovmaqla hədələyib. Bunun ardınca zalda mübahisə qızışıb və deputatlar əlbəyaxa davaya başlayıblar.

Xatırladaq ki, Levon Köçəryan sabiq prezident Robert Köçəryanın oğludur. Onu adı bundan əvvəl də qalmaqallarda hallanıb.

"Cebheinfo.az"