Uşakov İstanbula kimlərin gedəcəyini dedi

İstanbulda Ukrayna üzrə danışıqlarda Rusiya nümayəndə heyəti bir çox siyasi və texniki məsələləri müzakirə edəcək və onun tərkibi də buna əsasən müəyyən ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Rossiya 1" (VGTRK) telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubinə müsahibəsində o, Putinin mayın 11-də bəyanatını xatırladıb.
Uşakovun sözlərinə görə, danışıqlar mayın 15-i səhər saatlarında başlaya bilər.
"Cebheinfo.az"