Əsgəri ildırım vurdu

Türkiyə Milli Müdafiə Nazirliyi Pəncə-Kilid əməliyyatı bölgəsində ildırım düşməsi nəticəsində bir əsgərin şəhid olduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) "Pəncə-Kilid" əməliyyatı bölgəsində xidmət edən Çavuş Mesut Karadağın ildırım vurması nəticəsində şəhid olduğunu açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada "Pəncə-Kilid əməliyyatı bölgəsində xidmət edən qəhrəman silahdaşımız çavuş Mesut Karadağ 14 may 2025-ci il tarixində ildırım vurması nəticəsində şəhid oldu. Bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət diləyirik. Acı və kədərimizi bildirir, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”,- deyə bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"