Ağdamda iki maşın toqquşub: Xəsarət alanlar var - FOTOLAR

Ağdamda iki minik maşını toqquşub
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. "KİA" və "VAZ" markalı minik avtomobillərinin iştirakı ilə baş verən qəzada xəsarət alanlar var.
Xəsarət alanlar Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.
"Cebheinfo.az"