Erməni naziri döyənə HÖKM OXUNDU

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı döyməkdə ittiham olunanlardan biri Ara Badoyan 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Eyni zamanda, onun həbsdə saxlanılmasına hələ 1 il 11 ay 23 gün qalmışdı.
Prokurorluq məhkəmənin qərarından etiraz şikayəti vermək niyyətindədir. Məhkəmədə hökm elan edildikdən sonra Ara Badoyanın vəziyyəti pisləşib və təcili yardım çağırılıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Ermənistanın 44 günlük müharibədə kapitulyasiya aktını imzalamasına etiraz edən bir qrup iğtişaşçı parlamentin binasına basqın etmiş və həmin vaxt Milli Məclisin sədri vəzifəsini tutan Ararat Mirzoyanı ölümcül döymüşdü.
O, bundan sonra həbsdə 1 il 11 ay 23 gün qalacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”