Deputatlar qeydiyyatdan imtina etdi: İclas kəsildi

Deputatlar qeydiyyatdan imtina etdi: İclas kəsildi

Ermənistan parlamentinin mayın 14-də keçirilən sessiyasında deputatlar iki nəfərin qeydiyyatdan keçməkdən imtinası və bununla da kvorumu təmin edə bilməməsi səbəbindən 20 dəqiqəlik fasiləyə yollanıblar.

Söhbət deputatlar Ovik Ağazaryan və Qarnik Danielyandan gedir. Birincisi müstəqil, ikincisi isə “Ermənistan” müxalifət blokundan olan deputatdır.

Qeyd edək ki, əvvəllər hakim “Mülki Müqavilə” Partiyasından deputat olan Ağazəryan hazırda müxalifətçi kimi fəaliyyət göstərir. Qeydiyyatdan imtinanın səbəbi açıqlanmayıb.

Xəzər
“Cebhenfo.az”