Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü

Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü

Göyçay rayonunun Bığır kəndinda daha bir nəfər bədbəxt hadisənin qurbanı olub.

"Cebheinfo.az"  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü kənd sakini Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.

O, dünən yaşadığı evdə ölüb.

Qeyd edək ki, mayın 11-də də Göyçayın Bığır kəndində oxşar hadisə baş vermişdi. Həmin vaxt 1975-ci il təvəllüdlü Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdü.

Hər iki faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"