Aytacın cəsədinin tapıldığı xəbəri yayıldı

Aytacın cəsədinin tapıldığı xəbəri yayıldı

Gürcüstanda 45 gün öncə itkin düşən Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovanın cəsədinin tapıldığı barədə xəbər yayılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan azərbaycanlılarının sosial şəbəkədəki səhifəsində ictimailəşdirilib.

Qeyd edilib ki, aprelin 1-də itkin düşən 21 yaşlı azərbaycanlı qızın cəsədi Kür çayından tapılıb. Aytacın çaya düşdüyü yerdən 40-50 metr uzaqlığında tapıldığı və cəsədin ekspertizaya göndərildiyi, cavab gözlənildiyi bildirilib.

Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.

A.Məmmədova Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. O, təhsili ilə əlaqədar paytaxtda yaşayıb. Qızın Tbilisidə Kür çayına düşdüyü ehtimal edildiyindən axtarışlar həm quruda, həm də suda aparılırdı.

"Cebheinfo.az"