Madrid klubu Kimmixdən imtina edir?

"Real" "Bavariya"nın müdafiəçisi Coşua Kimmixi transfer etmək barədə fikrini dəyişib.
Yenisabah.az Bild-ə istinadla xəbər verir ki, 30 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində heyətə qatmağı planlaşdırırdı. Lakin hazırda klub Kimmixin komanda üçün o qədər də vacib oyunçu olmadığını düşünür.
Coşua ilə “Barselona”, “Liverpul” və “Mançester Siti” kimi top-klublar da maraqlanır. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
"Cebheinfo.az"