“Mançester Yunayted” 380 gün sonra seriyanı qırdı

“Mançester Yunayted” 380 gün sonra seriyanı qırdı

“Mançester Yunayted” avrokuboklarda qələbəsiz seriyasına son qoyub. 

"Qırmızı şeytanlar” Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində qəbul etdiyi Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub edib.

“Old Trafford”da keçirilən matçda hər iki qolun müəllifi 50 və 77-ci dəqiqələrdə Amad Diallo olub. 

“Mançester Yunayted” 380 gündür ki, avrokuboklarda qələbə qazana bilmirdi. 

Klub Avropada sonuncu dəfə 2023-cü il oktyabrın 24-də Danimarka “Kopenhagen”inə qalib gəlib (1:0).

Qeyd edək ki, İngiltərə nəhəngi dörd turdan sonra altı xalla Avropa Liqasının turnir cədvəlində 15-ci yerdədir.

"Cebheinfo.az"