“Qarabağ” onunla razılıq əldə etdi
“Qarabağ” sol cinah müdafiəsini gücləndirmək üçün İspaniyanın “Almeriya” klubundan Bruno Lanqanın transferi barədə tam razılıq əldə edib.
Bu barədə məlumatı dünyaca tanınmış insayder Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, Ağdam təmsilçisi Mozambik millisinin də üzvü olan 28 yaşlı futbolçu ilə hər bir detalda ortaq məxrəcə gəlib. Yaxın günlərdə keçidlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Portuqaliyanın “Estrela de Amadora” klubunda icarə əsasında çıxış edən mozambikli futbolçu millidə keçirdiyi 38 matçda 2 qola imza atıb.
"Cebheinfo.az"

