Millimiz FİFA reytinqində gerilədi

Millimiz FİFA reytinqində gerilədi

Azərbaycanın qadınlardan ibarət millisi FİFA reytinqində bir pillə geriləyib.

"Cebheinfo.az" xəbər verir ki,  Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.

Siyahıda İspaniya seçməsi (2105.36) liderdir. ABŞ (2057.92) ikinci, Almaniya (2028.99) üçüncüdür.

Xatırladaq ki, Azərbaycan millisi son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyanı (3:1) məğlub edib.

"Cebheinfo.az"