Səfirliyin tələbi naziri qəzəbləndirdi

Səfirliyin tələbi naziri qəzəbləndirdi

İsrailin milli təhlükəsizlik naziri,  ifrat sağçı İtamar Ben-Qvirin viza almaqda yaşadığı çətinlik səbəbindən planlaşdırdığı ABŞ səfərini ləğv etməli olub.

"Cebheinfo.az" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda iştirak etmək və diplomatik bir görüş keçirmək məqsədilə ABŞ Səfirliyinə viza müraciəti edib.

Xəbərdə Ben-Qvirin viza prosedurları üçün ABŞ Səfirliyinə barmaq izi verməyə dəvət edilməsindən sonra ABŞ səfərini ləğv etdiyi qeyd olunub.

İsrail mətbuatı Ben-Qvirin digər nazirlər kimi diplomatik viza almaq hüququnun olduğunu, lakin ABŞ Səfirliyinin "gözlənilməz" bir prosedur tətbiq edərək ifrat sağçı nazirdən barmaq izi tələb etdiyini vurğulayır.

Ben-Qvirin ofisindən verilən açıqlamada ABŞ-nin İsraildəki Səfirliyinin viza üçün barmaq izi istədiyi faktı təsdiqlənmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"