Azərbaycandan nə qədər kapital çıxıb? - RƏSMİ
Bu ilin I rübündə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) 2 milyard 177,8 milyon ABŞ dolları təşkil edib.
"Cebheinfo.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,7 % çoxdur.
Məlumata görə, rüb ərzində Azərbaycanın xalis maliyyə aktivləri 181,6 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 1 milyard 995 milyon ABŞ dolları artıb, ayrıca kapital hesabında isə 1,2 milyon dollar kəsir olub.
"Cebheinfo.az"

