Azərbaycan qeyri-neft-qaz ixracını 4 dəfəyə yaxın artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını 4 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə artaraq 5,1 milyard ABŞ dolları təşkil edib.

"Cebheinfo.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Kəskin artım Azərbaycan Dövlət Neft Fonduna məxsus qeyri-monetar qızılın satışa çıxarılması ilə bağlıdır.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,85 % azdır.

Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,9 dəfə çoxdur.

"Cebheinfo.az"