Bakıda hərbi yürüş olacaq

Bakıda hərbi yürüş olacaq

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakıda hərbi qulluqçuların iştirakı ilə yürüş təşkil olunacaq.

İyunun 26-da saat 10:00-dan 12:00-dək paytaxtın müxtəlif istiqamətlərində keçiriləcək yürüşlər zamanı vətəndaşlar Azərbaycan Ordusunun şəxsi heyətini yaxından izləmək imkanı əldə edəcəklər.

Yürüş marşrutları Bakının mərkəzi küçə və prospektlərini əhatə edəcək. Tədbirin əsas məqsədi Silahlı Qüvvələr Gününü qeyd etmək, həmçinin ordu ilə xalq arasında həmrəyliyi və birliyi nümayiş etdirməkdir.

Yürüşdə Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının, eləcə də Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı nəzərdə tutulur.

Tədbiri izləmək istəyən bütün vətəndaşlar üçün giriş sərbəst olacaq.

"Cebheinfo.az"