Şahzadəliyi də işə yaramadı

Şahzadəliyi də işə yaramadı

Britaniya şahzadəsi Harri NBA Finalları seriyasının beşinci oyununu izləmək üçün arenaya getsə də, tribunada yalnız səkkizinci sırada yer tapa bilib.

“Cebheinfo.az” xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Teylor Svift, Timoti Şalame, Kayli Cenner və Ben Stiller kimi məşhurlar ön sırada əyləşiblər. Hətta amerikalı rejissor Spayk Li ilə salamlaşmaq istəyən Harri onun tərəfindən soyuq münasibətlə qarşılanıb.

Qeyd edək ki, Harri Britaniya kral ailəsinin aparıcı üzvlərindən biri kimi aktiv fəaliyyət göstərdiyi dövrdə dünyanın müxtəlif tədbirlərində ən ön sıralarda əyləşirdi. Lakin o, 2020-ci ildə həyat yoldaşı Meqan Markl ilə birlikdə Böyük Britaniyanı tərk edərək ABŞ-yə köçdükdən sonra kral ailəsinə məxsus bir sıra imtiyazlarını itirib.

Əfsanə

“Cebheinfo.az”