8 kənd qazsız qalıb

8 kənd qazsız qalıb

Cəlilabad rayonunda qazıntı işləri aparılarkən yeraltı qaz kəməri zədələnib, 8 kəndim qaz təchizatında fasilə yaranıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Bəcrəvan kəndində müvafiq qurum tərəfindən aparılan qazıntı işləri zamanı yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində qaz sızması baş verib.

​Yaranmış qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə rayonun Privolnoye, Hacıcavad, Ağdaş, Soyuqbulaq, Çünzəli, Xəlilabad, Hamarqışlaq və Allahverən kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

"Cebheinfo.az"