Ulduz futbolçu Toralın komanda yoldaşı olacaq

Ulduz futbolçu Toralın komanda yoldaşı olacaq

Azərbaycan millisinin futbolçusu Toral Bayramovu heyətinə qatan Türkiyənin “Bursaspor” klubu ulduz futbolçu ilə anlaşıb.

"Cebheinfo.az" yerli mətbuata istinadən xəbər verir ki, I Liqaya yüksələn bursalılar hücum xəttinə İtaliya millisinin sabiq forvardı Stefan El Şaravini gətirir. 

Geridə qalan mövsümü “Roma”da keçirən 33 yaşlı oyunçu artıq azad agent statusu daşıyır. Tərəflər arasında şifahi danışığa start verilib. Keçid reallaşarsa, Toral yeni mövsümdə El Şaravinin komanda yoldaşı olacaq.

Qeyd edək ki, T.Bayramov bir neçə gün əvvəl “Qarabağ”dan “Bursaspor”a transfer edilib.

"Cebheinfo.az"