Rubinyan: "Ermənistanın dəmir yolu dalandan çıxdı"

Rubinyan: "Ermənistanın dəmir yolu dalandan çıxdı"

Ermənistan artıq dəmir yolu dalanı deyil.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini və Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi elçisi Ruben Rubinyan bildirib.

O qeyd edib ki, artıq iki ölkə arasında birbaşa ticarət qurulub və Ermənistan Axalkalaki-Qars dəmir yolu xəttinə çıxış əldə edib:

"6 ay əvvəl Ermənistan dəmir yolu dalan nöqtəsində idi və maksimum Potiyə qədər mal ixrac edə bilirdisə, indi Azərbaycan ərazisindən keçən dəmir yolunun açılması ilə Avropadan Suriyaya istənilən yerə mal göndərə bilər".

Rubinyan Gümrü-Qars dəmir yolunun yenidən qurulması üçün komissiyanın yaradılmasını da xatırladıb:

"Marşrutun mümkün qədər tez istifadəyə verilməsini, eləcə də bütün razılaşmaların həyata keçirilməsini gözləyirik".

"Cebheinfo.az"