Paşinyan Rusiyanın almadığı gülləri Ukraynaya satdı
Ermənistan Rusiyaya idxalına qadağa qoyulan gülləri alternativ bazarlara ixrac etməyə başlayıb.
"Cebheinfo.az" - ın məlumatına görə, artıq Ermənistandan yola salınan gül partiyası Ukraynaya çatıb. Artıq bir yük maşını ilə 9500 ədəd gül Ukrayna çatıb. Təxminən eyni həcmdə olan ikinci yük maşını da tezliklə Ukraynaya çatacaq.
Kiyevli siyasi analitik Marat Akopyan bildirib ki, Ermənistan güllərinin idxalçısı Ukraynada yaşayan bir erməni iş adamıdır.
Ermənistan əvvəllər Latviyaya 5500 güldən ibarət bir partiya ixrac edirdi.
İyunun 7-də Hollandiyanın xarici işlər naziri Tom Berendsen ən böyük beynəlxalq gül bazarının erməni gül yetişdiricilərinə qapılarını açdığını və onlara həm Avropada, həm də kənarda alıcılara çıxış imkanı yaratdığını elan edib.
Müşfiq Abdulla
"Cebheinfo.az"

