187 sərnişin qoxudan şikayət etdi, təyyarə geri döndü - ABŞ-də

187 sərnişin qoxudan şikayət etdi, təyyarə geri döndü - ABŞ-də

“Delta Air Lines” reysi ilə uçan sərnişinlər göyərtədəki qəribə qoxudan şikayətləndikdən sonra təyyarə ABŞ üzərində geri dönüb.

Bu haqda “Daily Star” məlumat yayıb.

Hadisə iyunun 11-də Orlandodan Detroyta uçan təyyarədə baş verib. 187 sərnişini daşıyan təyyarə sonda Şarlotta eniş edib.

“Müştərilərimizin təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Bu təcrübəyə və gecikmələrə görə üzr istəyirik”, - “Delta” açıqlamasında bildirib.

Enişdən sonra sərnişinlər mehmanxanaya yerləşdirilib, təyyarə baxışa göndərilib. Qəribə qoxunun səbəbi məlum deyil.

"Cebheinfo.az"