Sülh masası qurulur: Rusiya razıdır?
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynadakı münaqişənin həlli istiqamətində danışıqlara bu yay başlanmasının mümkün olduğunu bildirib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə naziri RTL və NTV telekanallarına müsahibəsində deyib.
“Hazırkı vəziyyət danışıqlar üçün müəyyən imkanlar yaradır və yaxın aylarda tərəflərin masa arxasına əyləşməsi ehtimalı var. Düşünürəm ki, bu yay danışıqlara başlamaq üçün bir şans mövcuddur”, - deyə Vadeful vurğulayıb.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələyə daha ciddi yanaşmağa başlamış ola bilər. Vadefulun fikrincə, davam edən hərbi qarşıdurma heç bir tərəfə fayda vermir və münaqişənin uzanması yalnız insan itkilərinin artmasına səbəb olur.
“Hazırda baş verən yeganə şey insanların hər gün həyatını itirməsidir”, – deyə Almaniya xarici işlər naziri qeyd edib.
Aişə Abdulova
“Cebheinfo.az”

