Məxmərək infeksiyasının fəsadları: Peyvənd olunmamış...

Məxmərək infeksiyasının fəsadları: Peyvənd olunmamış...

Məxmərək (alman qızılcası) virus tərəfindən törədilən və uşaqlarda yüngül keçən, lakin hamiləlik dövründə son dərəcə təhlükəli ola bilən infeksion xəstəlikdir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xəstəliyin əlamətləri bəzi hallarda özünü büruzə verməsə də, yoluxmuş şəxslər virusu başqalarına ötürə bilirlər.

Məxmərək xüsusilə peyvənd olunmamış hamilə qadınlar üçün böyük təhlükə yaradır: İnfeksiya dölə keçərək onun inkişafına ciddi zərər vura bilər.

Məxmərəyin ağırlaşmaları əsasən aşağıdakılardır:

- Beyin zədələnməsi;
- Qanaxmalar və immun sistemin zəifləməsi;

Məxmərək infeksiyasının ən ciddi ağırlaşmaları hamilə qadınların yoluxması zamanı baş verir. 

Peyvənd olunmamış hamilə qadının məxmərək virusuna yoluxması düşük və ya ölü doğuşla nəticələnə bilər.

Eyni zamanda virus körpəyə keçərək ürək, eşitmə və görmə problemləri, əqli qüsur kimi anadangəlmə xəstəliklərə səbəb ola bilər. 

Qadın məxmərəyə hamiləliyin erkən dövründə, xüsusilə də ilk 3 ayında yoluxarsa, körpəsində ciddi anadangəlmə qüsurlara rast gəlmə riski daha yüksəkdir.

Məxmərək uşaqlarda adətən 2-3 gün davam edən və yüngül formada keçən aşağıdakı əlamətlərə səbəb olur:

- Qırmızı səpgilər (ilk növbədə üz nahiyəsində görünür, sonra bədənin qalan hissəsinə yayılır);

-Yüngül qızdırma;
- Limfa vəzilərinin böyüməsi;
- Öskürək, burun axması, gözlərin qızarması və şişməsi;
-Oynaq ağrıları.

İnfeksiyaya yoluxmuş insanların təxminən yarısında isə əlamətlər özünü büruzə vermir.

Gülər
"Cebheinfo.az"