Məşhur aktirisanın ölümü ilə bağlı yeni təfərrüatlar

Məşhur aktirisanın ölümü ilə bağlı yeni təfərrüatlar

Dünən 35 yaşında vəfat edən türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, istintaq davam etdiyi bir vaxtda “Show TV”-də yayımlanan "Cansu Canan ile Yeni Sayfa" proqramında Nuriye İrtemin hüquq-mühafizə orqanlarına verdiyi ifadənin təfərrüatları açıqlanıb. 

Aktrisanın anası Nuriye İrtemin polisə verdiyi ifadədə qızının həmin gecə həddindən artıq spirtli içki qəbul etdiyi, ağır antidepressant dərmanlardan istifadə etdiyi və onu öz əlləri ilə yatağa uzatdığı bildirilib:

“Saat 17:51-də evimizlə eyni küçədə yerləşən məkana ad günü qeyd etməyə getdik. Birlikdə tort kəsib əyləndik. Saat 20:36-da evə qayıtdıq.

Qızım antidepressant dərmanını qəbul etdikdən sonra spirtli içkinin təsiri altında olduğu üçün onu yatağına uzatdım. Gecə saatlarında tualetə qalxıb yenidən yatağına qayıtdığını eşitdim”.

Anası bildirib ki, səhər qızını səhər yeməyinə çağırsa da, cavab ala bilməyib:

“Onu səhər yeməyinə çağırdım, amma cavab vermədi. Otağına daxil olanda ağzından maye gəldiyini gördüm. Çox spirtli içki qəbul edirdi, eyni zamanda ağır antidepressant dərmanlardan istifadə edirdi”.

Daha əvvəl Ece İrtemin doğulduğu İzmirdə dəfn olunacağı açıqlansa da, sonradan gənc aktrisanın sabah Kuşadasında keçiriləcək yas mərasimdən sonra son mənzilə yola salınacağı bildirilib.

Əfsanə 
“Cebheinfo.az”