"Sabah"ın futbolçusu 6 həftə futboldan uzaq qalacaq
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən veriln məlumata görə, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.
A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.
"Cebheinfo.az"