UEFA Avropa Liqasında həftənin futbolçusunun adı açıqlanıb

UEFA Avropa Liqasında həftənin futbolçusunun adı açıqlanıb

İtaliyanın "Atalanta" klubunun futbolçusu Ademola Lokman UEFA Avropa Liqasında həftənin futbolçusu seçilib.

"Report" xəbər verir ki, "Marsel"lə yarımfinal duelinin cavab matçında (3:0) 1 qol, 1 assist edən nigeriyalı yarımmüdafiəçi həftənin ən yaxşısı adını qazanıb.

Qeyd edək ki, Lokman bu mübarizədə “Roma”nın qapıçısı Mile Sviları üstələyib.

"Cebhe.info"