Avropada qaz 275 dollaradək ucuzlaşıb

Avropada qaz 275 dollaradək ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 275 ABŞ dollarına enib.

26 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 275 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (282,9 dollar) ilə müqayisədə 2,8% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Cebhe.info