Azərbaycanda pul bazasının artımı inflyasiyaya səbəb olacaq?

Azərbaycanda pul bazasının artımı inflyasiyaya səbəb olacaq?

Bu günə Azərbaycanda pul bazası 19 milyard 995,9 milyon manat təşkil edib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 2 % azdır.

Qeyd edək ki, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4,2 % azalıb, son 1 ildə isə 13,55 % artıb.

Bəzi ekspertlər hesab edirlər ki, ölkədə pul bazasının artması qiymət dəyişikliklərinə gətirib çıxara bilər.

Bu istiqamətdə mövcud vəziyyətlə bağlı İqtisadçı-ekspert Pərviz Heydərov “Cebhe.info”-ya bildirdi ki, səsləndirilən iddia doğru deyil:

“Pul bazasının artması qiymətlərin ucuzlaşması və ya bahalaşması ilə heç bir əlaqəsi yoxdur. Pul bazasının artması birbaşa işcüzar aktivliklə bağlıdır. Əgər ölkədə işgüzar aktivlik lazım olan səviyyədə təşkil olunarsa, onda pul bazası mərhələli şəkildə artırılır. Yox, əgər pul bazasında azalmalar müşahidə olunarsa, bu, ölkədə sərt pul-kredit siyasətinin yürüdülməsinə gətirib çıxarır.

Sərt pul-kredit siyasəti, o zaman həyata keçirilir ki, işgüzar aktivlik qanedici səviyyədə olmur. Bu da biləvasitə istehlak bazarında qiymət göstəricililərinə təsir edir. Bildirim ki, Azərbaycanda son zamanlar inflyasiya səviyyəsi azalamağa doğru gedir.  Yəni, hazırda istehlak bazarında vəziyyət 2022-ci ildəki kimi deyil. 

Ötən ilin may ayından bəri ölkədə inflyasiya aşağı düşür. Artıq Mərkəzi Bank uçot dərəcəsini, cüzi faizlə olsa da, aşağı salıb. Bu da avtomatik olaraq pul bazasının artmasını stimullaşdırır”. 

Yunis Abdullayev 
“Cebhe.info”