"Azərenerji"nin ixrac gəlirləri 7 dəfə azalıb

"Azərenerji"nin ixrac gəlirləri 7 dəfə azalıb

Bu ilin birinci rübündə "Azərenerji" ASC 40,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 240,6 milyon ABŞ dolları və ya 7 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.

"Cebhe.info"