Kredit sığortası üzrə daxilolmalar 33 %-dən çox artıb

Kredit sığortası üzrə daxilolmalar 33 %-dən çox artıb

2025-ci ilin yanvar-fevral ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 1 milyon 98 min manat təşkil edib.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit sığortası üzrə yığımlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.7% və ya 277 min manat artıb.

Qeyd edək ki, kredit sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək 14 min manat təşkil edib.

"Cebheinfo.az"