Mərkəzi Bankın dövriyyədəki notlarının həcmi açıqlanıb

Mərkəzi Bankın dövriyyədəki notlarının həcmi açıqlanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi açıqlanıb.

“Cebheinfo.az” AMB-yə istinadla xəbər verir ki, dövriyyədə olan notlarının həcmi 208 milyon 200 min manat təşkil edir.

Qeyd edək ki, AMB-nin dövriyyədəki notları iki istiqamət üzrə - 168 günlük (7.25 faiz) və 252 günlük (7.45 faiz) yerləşdirilib.

Vilayət Muxtar
“Cebheinfo.az”