Neftin qiyməti son 10 ayda ilk dəfə 96 dolları ötüb

Neftin qiyməti son 10 ayda ilk dəfə 96 dolları ötüb

Çərşənbə günü Londonun “ICE Futures” birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 96 dolları ötüb.

Məlumata görə, fyuçerslər son bağlanışdan bəri 3,01% bahalaşaraq 96,79 dollara satılıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 3,78% artaraq 93,81 dollar/barelə bərabər olub.

Cebhe.info