Son bir ildə Rusiyada bahalaşma bu qədər olub

Son bir ildə Rusiyada bahalaşma bu qədər olub

Rusiyanın Federal Statistika Xidməti illik inflyasiya göstəricilərini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, rəsmi məlumatda Rusiyada illik inflyasiya səviyyəsi 8.6 faiz təşkil edib.

Qeyd edək ki, əvvəlki dövrdə illik inflyasiya 9.1 faiz olub. Bu, 2023-cü ilin dekabrından bəri ilk yavaşlamadır. 

Rusiyada bahalaşma isə xidmətlər üzrə 11.6 faiz, ərzaq malları üzrə 9.1 faiz olub. 

Qeyri-ərzaq malları üzrə illik inflyasiya isə 5.6 faiz təşkil edib.

Vilayət Muxtar
“Cebheinfo.az”