Unun zənginləşdirilməsi ilə bağlı məsələ böyüyür

Unun zənginləşdirilməsi ilə bağlı məsələ böyüyür

"Unun zənginləşdirilməsi məsələsi yeni deyil".

Bunu “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, 2014-cü ildə Asiya İnkişaf Bankı unun vitaminlərlə zənginləşdirilməsi layihəsini həyata keçirib:

"Una KAP deyilən maddə qarışığı vurulur, bura dəmir, sink və digər vitaminlər daxildir. 4 un üyütmə dəyirmanına avadanlıqlar verildi. KAP maddəsi gətirildi, una vuruldu. Azərbaycan vətəndaşlarının orqanizmində dəmir çatışmazlığı problemi var. Bu layihə bir il davam etdi.

Ondan sonra avadanlıqlar çox təəssüflər olsun ki, işləmədiyi, KAP maddəsi qarışdırılmadığı halda bu gün də bazarda görürük ki, bəzi un kisələrinin üzərində qırmızı dairədə gülən uşaq şəkli emblemi vurulur. Bu artıq Milli Məclisdə müzakirə edilən bir məsələyə çevrilib ki, unun vitaminlərlə zənginləşdirilməsinə dair qanun qəbul edilsin".

Ləman İsmayıl
"Cebhe.info"