Azərbaycanda saxlanıldı, Özbəkistana təhvil verildi

Azərbaycanda saxlanıldı, Özbəkistana təhvil verildi

1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Xolmurzayev Arslan Bekpulat oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Bu barədə "Cebheinfo.az"a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Özbəkistanda xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.B.Xolmurzayev cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.

"Cebheinfo.az"