Göyçayda yeniyetmə bıçaqlanıb

Göyçayda yeniyetmə bıçaqlanıb

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Cəfərov Nihat Yavər oğlu bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilə olunan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

"Cebhe.info"