Araq xərçəng yarada bilər

Araq xərçəng yarada bilər

Araqdan sui-istifadə xərçəngə səbəb ola bilər”. 

“Cebheinfo.az” xəbər verir verir ki, bunu “NEWS.ru”-ya müsahibəsində Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi Aleksandr Umnov deyib. 

Tədqiqatçının sözlərinə görə, araq heç bir istisnasız olaraq orqanizmin bütün orqanlarına zərər verə bilər.

Araq insanın bütün toxuma və orqanlarına təsir edir. Araqdan sui-istifadə edənlər nadir hallarda 50 yaşdan yuxarı yaşayırlar. Bu, həm kişilərə, həm də qadınlara aiddir. Araq beyni, qaraciyəri, böyrəkləri, mədəaltı vəziləri məhv edir. Bundan əlavə, alkoqolizmin yaratdığı hormonal balanssızlıq səbəbindən cinsiyyət orqanlarının xərçənginə səbəb olur”, - ekspert vurğulayıb.

Həkimin fikrincə, araq bütün toxumalarda bədxassəli formasiyalara səbəb olan güclü kanserogendir. Hücumun əsas hədəfləri qaraciyər, mədəaltı vəzi, mədə və özofagusdur.

"Araq kanserogendir, tərkibindəki etil spirti onun qarşılıqlı əlaqədə olduğu toxumalarda mutasiyaya səbəb olur", - Umnov qeyd edib.

Xəzər
“Cebheinfo.az”