Arıqlamağa qoymayan 3 meyvə

Arıqlamağa qoymayan 3 meyvə

Artıq çəki ilə mübarizə aparanlar pəhrizlərinə diqqətli olmalıdırlar.

Bu barədə dietoloq Vasilisa Ponomaryova xəbərdarlıq edib.

Cebhe.info “MedicForum”-a istinadən yazır ki, pəhriz və aşağı kalorili hesab edilən bəzi qidalar əslində arıqlama prosesini ləngidə bilər.

Onun sözlərinə görə, pəhriz saxlayanlara adətən daha çox meyvə-tərəvəz yemək məsləhət görülür, lakin ağıllı seçim edilməlidir:

“Şirin meyvələrdən çəkinmək lazımdır. Manqo, ananas və qovun kimi şirin tropik meyvələrdən yox, daha az şəkər olan giləmeyvə, alma və armuddan həzz alın".

O, həmçinin şəkər, şəkərli yeməklər və şəkərli içkiləri tamamilə azaltmağı məsləhət gördü. O, həmçinin şirin sevənlər üçün kiçik bir sirr də açıb. Desert əvəzinə bir neçə kiçik tünd şokoladı parçalayıb, şirin bir şey istəyəndə istifadə etmək olar.

Xəzər
Cebhe.info