Bəstəkar: "Mahnımın sözlərini dəyişərək oxuyublar"

Bəstəkar: "Mahnımın sözlərini dəyişərək oxuyublar"

Xalq artisti, bəstəkar Aygün Səmədzadə müğənni Gülay Zeynallı və Rüfət Axundovu yazdığı mahnının sözlərini dəyişməkdə ittihamlayıb.

"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, söhbət “Darıxdım” mahnısından gedir:

“Mahnımın sözlərini dəyişib, başqa adla ifa ediblər. Söhbət mərhum Əməkdar artist Aygün Bəylərin mənim yazdığım “Darıxdım” mahnımdan gedir. Bu mahnını bir dəfə Gülay Zeynallı ifa edib. O mahnını “Ata” kimi təqdim edib. Yəni sözlərini dəyişib, amma musiqi eyni eyni qalıb. İkinci dəfə isə Rüfət Axundov dəyişərək oxuyub”.

"Cebheinfo.az"